Azərbaycanın hazırda hidro daxil bərpa olunan enerji gücləri 1 312 MVt-dır.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Dünya Bərpa Olunan Enerji Günü ilə bağlı “Twitter”də paylaşım edib.
“Qarşıdakı illərdə istismara veriləcək 1 000 MVt gücündə külək, günəş və su elektrik stansiyaları və 4 QVt-lıq yeni layihələr üzrə fəaliyyətimiz enerji balansında yaşıl enerjinin mövqeyini gücləndirəcək”, - paylaşımda qeyd olunur.