Bank Of Baku

Azərbaycanın bəzi rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranıb - VİDEO

Azərbaycanın bəzi rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranıb - VİDEO
# 12 dekabr 2022 18:15 (UTC +04:00)

“Respublika ərazisində qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonları ərazisində bəzi kəndlərin elektrik enerjisi verilişində fasilə yaranıb”.

“Azərişıq” ASC-dən APA-ya bildirilib ki, qəza xidmətinin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün bütün imkanlar səfərbər olunub.

“Azərişıq”dan o da qeyd edilib ki, kəskin hava şəraitinə baxmayaraq, 6500-ə yaxın abonentin elektrik enerjisi ilə təminatında yaranmış fasilənin aradan qaldırılması üçün işlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR