Bank Of Baku

Azərbaycanın Energetika naziri Barkindo və Novakla görüşüb

Azərbaycanın Energetika naziri Barkindo və Novakla görüşüb
# 11 sentyabr 2019 17:59 (UTC +04:00)

Əbu-Dabidə səfərdə olan Energetika naziri Pərviz Şahbazov OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo və Rusiyanın Energetika naziri Aleksandr Novakla görüşüb.

Energetika Nazirliyindən “APA-Economocs”ə verilən məlumata görə, görüşlərdə dünya neft bazarının son vəziyyəti və inkişaf meylləri, neftin qiymətinə və neftə qlobal tələbatda artıma təsir edən faktorlar, OPEC+ ölkələri üzrə öhdəliklərin  icra göstəriciləri və eləcə də  bu format çərçivəsində Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib.

Neft bazarında sabitliyin qərarlaşdığı vurğulanaraq bu prosesdə OPEC+ iştirakçılarının  rolu yüksək qiymətləndirilib. OPEC+ əməkdaşlığı qiymət sabitliyinin davamlılığını təmin edə biləcək uğurlu və çevik tənzimləmə mexanizmi kimi  qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR