Azərbaycanın energetika naziri Rusiyada bir sıra görüşlər keçirəcək

Pərviz Şahbazov

© APA | Pərviz Şahbazov

# 13 oktyabr 2021 10:48 (UTC +04:00)

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyası Prezidentinin köməkçisi Anton Kobyakov və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə Rusiyaya səfər edib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 13-15 oktyabr tarixlərində Moskva şəhərində təşkil olunan “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edəcək nazir “Ənənəvi enerjinin gələcəyi: dünya karbohidrogenlərdən imtina etməyə hazırdırmı?” adlı sessiya üzrə müzakirələrə qatılacaq.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər də nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR