Bank Of Baku

Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 3% azalıb

Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 3% azalıb
# 30 avqust 2022 15:01 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 612 054,3 min manat təşkil edib, bu da illik müqayisədə 3,1% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 631 864,1 min manat səviyyəsində olub.

Qeyd edək ki, cari ilin yanvar-iyun ayında Azərbaycanda magistral neft kəmərləri ilə 17 747,1 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1,7% çoxdur. Nəqletmənin 79,5 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 14 111,6 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8% çox).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR