Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri azalıb

Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri azalıb
# 17 aprel 2024 11:33 (UTC +04:00)

Ötən il Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 101 741,9 min manat təşkil edib, bu da illik müqayisədə 11,1% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2022-ci ildə sözügedən göstərici 1 238 913,7 min manat səviyyəsində olub.

Qeyd edək ki, ötən il magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR