Azərbaycanın magistral qaz kəmərlərindən əldə etdiyi gəlirləri artır

Azərbaycanın magistral qaz kəmərlərindən əldə etdiyi gəlirləri artır
# 29 noyabr 2023 10:32 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 1 891 727,3 min manat təşkil edib, bu da illik müqayisədə 10,9% artım deməkdir.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 706 401,5 min manat səviyyəsində olub.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 29 430,7 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,3% artım müşahidə olunub.

Xatırladaq ki, ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 2 328 243,1 min manat təşkil edib, bu da illik müqayisədə 25,7% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR