Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2022-ci ilin yanvar ayında 126,4 mln. manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 59%, metallurgiya sənayesi məhsullarının istehsalında isə 40,8% artım müşahidə olunub.
2022-ci ilin yanvar ayında hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 3 532,6 ton qara metallardan sair konstruksiyalar istehsal edilmişdir.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində istehsal edilən əsas məhsullar:
|
Məhsul növlәri |
2022-ci ilin yanvar ayında istehsal edilib |
Əvvəlki ilə nisbətən, % |
|
Metallurgiya sәnayesi mәhsulları |
||
|
Polad tökmә, min ton |
32,5 |
191,2 |
|
Armatur, min ton |
36,7 |
2,3 d. |
|
Polad borular, min ton |
6,2 |
2,1 d. |
|
Emal edilmәmiş alüminium әrintilәri, ilkin şәkildә, min ton |
1,1 |
64,7 |
|
Alüminium çubuqlar, millәr vә profillәr, ton |
209,1 |
172,2 |
|
Hazır metal mәmulatlarının istehsalı |
||
|
Qara metallardan yığma tikinti konstruksiyaları, min manat |
1040,6 |
69,0 |
|
Qara metallardan sair konstruksiyalar, ton |
3532,6 |
135,0 |
|
Misdәn elektrik izolyasiyası olmayan çoxdamarlı mәftil, tros vә kabellәr, ton |
364,4 |
119,5 |