Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-may aylarında 285,6 mln. manatlıq məhsul istehsal olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə hazır metal məmulatlarının istehsalı sahəsində 21,1% artım, metallurgiya sənayesində 18,4% azalma müşahidə olunub.
Dövr ərzində sahə üzrə 5 454,5 ton (83,2% çox) qara metallardan sair konstruksiyalar, 16,3 min ton (1,2% çox) emal edilməmiş alüminium ərintiləri istehsal edilib.