Ötən il Azərbaycan 649 567,45 min ABŞ dolları dəyərində 1 341 851,3 ton neft məhsulları ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 2,2 dəfədən çox, həcmi isə 26,1% artıb.
Məlumata görə, ötən il neft məhsulları Azərbaycanın ümumi ixracının 2,93%-ni təşkil edib.