Bank Of Baku

Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 97% artıb

Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 97% artıb
# 14 aprel 2023 16:24 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan 179 401,11 min ABŞ dolları dəyərində 300 328,53 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 97%, həcmi isə 89,2% artıb.

Xatırladaq ki, ötən il Azərbaycan 527 355,16 min ABŞ dolları dəyərində 770 815,85 ton neft məhsulları ixrac edib. Hesabat dövründə ölkənin ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,8%, həcmi isə 42,6%-ə yaxın azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR