Bu ilin yanvar-mart aylarında Azərbaycanın neft-qaz sektoruna 998,2 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 1,12% azdır.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 009,5 mln. manat səviyyəsində olub.
Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 765,5 mln. manat həcmində vəsait yönəldilib, bu da illik müqayisədə 6,9% azalma deməkdir.