Son 27 il ərzində (1994-2022-ci illər) Azərbaycanın neft sahəsinə qoyulmuş xarici sərmayələrinin ümumi həcmi 108 mlrd. ABŞ dolları təşkil edib.
Bu barədə “APA-Economins” SOCAR-ın illər üzrə təqdim etdiyi materiallara istinadən xəbər verir.
Hesablamalara əsasən, əgər 1994-cü ildə neft sahəsinə xarici sərmayələrin həcmi 0,09 mlrd. dollar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 7,74 mlrd. dollar səviyyəsində olub, bu da 86 dəfə artım deməkdir.
Qeyd etmək lazımdır ki, hesabat dövründə neft sahəsinə xarici sərmayələrin həcmi üzrə ən yüksək göstərici – 8,22 mlrd. dollar, 2014-cü ildə qeydə alınıb, ən aşağı göstəricisi isə 1994-cü ilə təsadüf edib.