Ötən il Azərbaycan 202,5 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 1,5% azdır.
"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, 2020-ci ildə Azərbaycan 205,6 mln. dollar dəyərində qızıl ixrac edib.
Dekabr ayında müəssisə tərəfindən keçirilən ixracının dəyəri 17,8 mln. dollar olub ki, bu da 2020-ci ilim müvafiq dövrü ilə müqayisədə 4,1 mln. dollar və ya 18,7% azdır.