Bank Of Baku

Azərbaycanın qara metal ixracından gəlirləri 20%-dən çox artıb

Azərbaycanın qara metal ixracından gəlirləri 20%-dən çox artıb
# 21 oktyabr 2022 11:08 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 673,83 min ABŞ dolları dəyərində 117 215,6 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə 20,7% artıb, həcmi isə 2,1% azalıb.

Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 5,04% təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycan 116 236,29 min ABŞ dolları dəyərində 147 712,14 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib. Ötən il Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 80,2%, həcmi isə 2,2 dəfə artıb. 2021-ci ildə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,28% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR