Bank Of Baku

Azərbaycanın qaz ixracı 11%-dən çox artıb

Azərbaycanın qaz ixracı 11%-dən çox artıb
# 11 aprel 2023 13:07 (UTC +04:00)

Bu ilin birinci rübündə Azərbaycanda neft-kondensat hasilatı 7,7 mln. ton, ixracı isə 6,4 mln. ton olub.

APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

Onun sözlərinə görə, hesabat dövründə 3% artımla hasil edilmiş 12,2 mlrd. kubmetr qazın 6.5 mlrd. kubmetri ixrac olunub.

“Birinci rübdə operativ məlumatlara əsasən neft-kondensat hasilatı 7.7 mln. ton, ixracı isə 6.4 mln. ton olub. Bu dövrdə 3% artımla hasil edilmiş 12.2 mlrd. m3 qazın 6.5 mlrd. m3-i ixrac olunub”, - paylaşımda bildirilir.

Paylaşıma əsasən, yanvar-mart aylarında qaz ixracı 11,2% artıb. Avropaya 2,9 mlrd. kubmetr, Türkiyəyə 2,7 mlrd. kubmetr, Gürcüstana isə 0,9 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 1,4 mlrd. kubmetr qazla təchiz edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR