Bank Of Baku

Azərbaycanın qaz ixracından gəlirləri 3 dəfədən çox artıb

Azərbaycanın qaz ixracından gəlirləri 3 dəfədən çox artıb
# 16 dekabr 2022 14:14 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 14 807 620,51 min ABŞ dolları dəyərində 18 647 569 min kubmetr təbii qaz ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə ixrac olunan qazın həcmi 2,14%, dəyəri isə 3,3 dəfə artıb.

Məlumata görə, hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.

Qeyd edək ki, ötən il Azərbaycan 5 534 398,34 min ABŞ dolları dəyərində 20 046 650,21 min kubmetr təbii qaz ixrac edib. 2020-ci ilin göstəricisi ilə müqayisədə, ixrac olunan qazın həcmi 61,3%, dəyəri isə 2,5 dəfə artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR