Bank Of Baku

Azərbaycanın qaz kəmərlərindəki itkiləri azalır

Azərbaycanın qaz kəmərlərindəki itkiləri azalır
# 30 avqust 2022 16:19 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərlərində 24,8 mln. kubmetr itki olub, bu da illik müqayisədə 2% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 25,3 mln. kubmetr təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 19 898,1 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 16,6% çoxdur. Qaz nəqlinin 51,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə, bu kəmərlə 10 235,6 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,3%-lik artım).

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda qaz kəmərlərində 48,4 mln. kubmetr itki olub, bu da illik müqayisədə 11% azdır.

Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur. Qaz nəqlinin 50,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci il ilə müqayisədə 43,6%-lik artım).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR