Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 128,3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 18,9% azdır.
"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2021-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 158,2 mln. dollar təşkil edib.
Məlumata görə, bu ilin sentyabr ayında Azərbaycan 18,4 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 1,7% çoxdur.