Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 101,8 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 20,7% azdır.
Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 128,3 mln. dollar təşkil edib.