Bank Of Baku

Azərbaycanın son beş ildə qaz kəmərlərindən əldə olunan gəliri 3 dəfədən çox artıb - CƏDVƏL

Azərbaycanın son beş ildə qaz kəmərlərindən əldə olunan gəliri 3 dəfədən çox artıb - CƏDVƏL
# 28 iyul 2023 12:24 (UTC +04:00)

Son beş ildə (2018-2022 illər) Azərbaycanda boru kəmərləri ilə nəqldən əldə olunan gəlir 1 294 625 min manat və ya 57% artıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən apardığı hesablamalara istinadən xəbər verir.

Məlumata görə, əgər 2018-ci ildə Azərbaycanda boru kəmərləri ilə nəqldən əldə olunan gəlir 2 272 532 min manat səviyyəsində olubsa, 2022-ci ildə bu göstərici 3 567 157 min manatadək yüksəlib.

Qeyd etmək lazımdır ki, boru kəmərlərindən əldə olunan gəlirin artımı əsasən qaz kəmərləri ilə nəqldən əldə olunan gəlirin artımı ilə əlaqəlidir.

Belə ki, hesabat dövründə qaz kəmərləri ilə nəqldən əldə olunan gəlir 1 595 408 min manat və ya 3,2 dəfə artaraq, 732 835 min manatdan 2 328 243 min manatadək yüksəlib.

Azərbaycanda boru kəmərləri ilə nəqldən əldə olunan gəlirlərin illər üzrə strukturu:

#

2018

2019

2020

2021

2022

Boru kəməri

2 272 532

2 292 011

2 323 741

3 049 506

3 567 157

neft kəməri

1 539 697

1 313 258

1 127 013

1 197 650

1 238 914

qaz kəməri

732 835

978 753

1 196 728

1 851 856

2 328 243

Cədvəldə göründüyü kimi, boru kəmərlərindən əldə olunan gəlirlər ildən ilə tədricən artıb.

Hesabat dövründə qaz kəmərləri ilə nəqldə əldə olunan gəlirdə ildə ilə artım müşahidə olunurdusa, neft kəmərlərindən əldə olunan gəlirdə yalnız son iki ildə artım qeydə alınıb. 2018-2020-ci illərdə neft kəmərləri ilə nəqldən əldə olunan gəlirin azalması müşahidə olunub.

Boru kəmərləri ilə daşınmasından əldə olunan gəlir, əvvəlki ilə nisbətən %-lə:

#

2018

2019

2020

2021

2022

Boru kəməri

103,1

100,9

101,4

131,2

117

neft kəməri

96,3

85,3

85,8

106,3

103,4

qaz kəməri

121,2

133,6

122,3

154,7

125,7

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR