Bank Of Baku

Azərbaycanın üç rayonunda qaz təchizatı dayandırılacaq

Azərbaycanın üç rayonunda qaz təchizatı dayandırılacaq
# 02 oktyabr 2019 09:38 (UTC +04:00)

Yardımlı, Lerik və Şamaxıda qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, oktyabrın 2-də səhər saat 08:30-dan 19:00-dək Qaz İxrac İdarəsi “Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi işlərini icra edəcək. Bu zaman Yardımlı və Lerik rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Bundan başqa adıçəkilən idarənin “Şamaxı” Qaz Paylayıcı Stansiyasında aparacağı quraşdırma işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində də qaz fasilələrlə veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR