Azərbaycanlı nazir ABŞ-də ikitərəfli görüşlər keçirəcək

Azərbaycanlı nazir ABŞ-də ikitərəfli görüşlər keçirəcək
# 18 aprel 2024 12:04 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının prezidenti Dennis Francisin dəvəti ilə Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, nazir 19 aprel tarixində Nyu-York şəhərində BMT-nin Baş Assambleyasının Dayanıqlılıq Həftəsi çərçivəsində təşkil olunacaq “Enerji əlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerji sistemlərinə keçid” mövzusunda tematik müzakirələrdə iştirak edəcək.

Tədbirdə enerji əlçatanlılığı, dekarbonizasiya sistemlərinə keçid, enerji bağlantıları, bərpa olunan enerji mənbələrinə investisiyaların təşviqi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR