“AzerGold” QSC mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. QSC-dən “APA-Economics”ə verilən məlumata görə, Cəmiyyət 2017-ci ildə “Çovdar” yatağında istismar işlərinə başlayarkən mədənin oksidləşmiş filizlərinin iqtisadi cəhətdən səmərəli qızıl həcmi 212 min unsiya miqdarında təsdiqlənib, hasilat işlərinin 2020-ci ildə yekunlaşacağı hesablanıb.
“AzerGold” tərəfindən ötən dövr ərzində beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi ilə müasir texnoloji yeniliklərin tətbiqi ilə aparılmış planlı geoloji kəşfiyyat və buruqqazma işləri nəticəsində sözügedən yatağın üst qatlarında yerləşən oksidləşmiş filiz həcmlərinin artırılması, üstəlik yerin daha dərin qatlarındakı tranzit və sulfid filizlərinin emalı satılabiləcək qızıl ehtiyatlarını artırmağa imkan yaradıb.
Bundan əlavə, “Çovdar” mədəninin yaxınlığında yerləşən və müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan nisbətən kiçik, cinah yataqların ardıcıl istismara cəlb edilməsi “Çovdar” mədəninin bazasında yaradılmış Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsinin (ÇİRES) ümumi ehtiyatlarını artırıb. Beləliklə, sahənin istismar müddəti 2020-ci ildən 2028-ci ilədək uzadılmaqla fəaliyyət dövrü 8 il, ümumi ehtiyatları isə ilkin hesablanan 212 min unsiyaya əlavə olaraq 519.9 min unsiya artırılıb, 731,9 min unsiyaya çatdırılıb. Hazırda müvafiq kəşfiyyat və tədqiqat işlərinin davam etdirildiyi nəzərə alınaraq sözügedən həcmlərin daha da artırılması istisna edilmir.
Sadalanan göstəricilərə nail olunması üçün ÇİRES-də mövcud qırıcı və konveyer xəttinin optimizasiyası nəticəsində keçirmə qabiliyyəti təkmilləşdirilib, xəttlərin mövcud istehsal imkanları 50%-dək artırılıb. Hazırda topa aşındırma üsulu ilə işləyən emal zavodu ilə yanaşı, tranzit və sulfid filizlərinin emalı üçün çən aşındırma (CİL) üsulu ilə fəaliyyət göstərəcək yeni emal zavodunun tikintisi də sürətlə davam etdirilir. Tikinti layihəsinin idarəedilməsi və keyfiyyətə nəzarət məqsədilə Cənubi Koreyanın “Heerim Architects & Planners Co” məsləhətçi şirkəti, zavodun və müvafiq infrastrukturun qurulması üzrə isə “Maqro Construction” beynəlxalq tikinti şirkəti tərəfindən müvafiq işlər görülür.
Sözügedən təkmilləşdirmə işləri çərçivəsində cari ilin birinci rübündə 10 592 unsiya qızıl istehsal edilmişdir. Bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə nisbətən az olmasına baxmayaraq, dayanıqlı hasilatın təmin edilməsi məqsədi ilə aparılmış optimizasiya işləri hasilatın həm cari, həm də ötən ilin illik planından daha artıq icra edilməsinə, sözügedən sahənin fəaliyyət dövrünün 8 il artırılması isə bölgədə davamlı məşğulluğun təmin olunmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaq.
“AzerGold” istehsalat proseslərini optimallaşdırıb
Sənaye və energetika
Etilen-Polietilen zavodunda gələn il modernizasiya layihəsi üzrə sahə işlərinə başlanılacaq
Etilen-Polietilen Zavodunda gələn il əsaslı təmir aparılacaq
Azərbaycan neftinin qiyməti 128 dollar olub
Nyu-york birjasında təbii qazın dəyəri azalıb
Xəbər Lenti
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib - FOTO - YENİLƏNİB
Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişini konstitusiyaya uyğun hesab edib
Şimali makedoniyalı mütəxəssis “Qəbələ”nin yeni baş məşqçisi təyin olunub
Etilen-Polietilen zavodunda gələn il modernizasiya layihəsi üzrə sahə işlərinə başlanılacaq
Aİ Orta Dəhlizin inkişafına 12 mlrd. avroyadək investisiya cəlb etməyi planlaşdırır
ABŞ Belarusun iki şirkətinə qarşı sanksiyaları aradan qaldıracaq, Minsk isə 25 nəfəri azad edəcək
2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Qərbi Azərbaycan İcması erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa çağırıb
Şimali Kiprin dini nümayəndəsi: Türk həmrəyliyinə heç bir qüvvə asanlıqla zərər vura bilməz
TDT rəsmisi Orta Dəhlizdə daşımaların asanlaşdırılmasının yollarından danışıb
“İrşad”da yeni tədris ilinə özəl “Yaşıl Cümə” fürsətləri başladı - VİDEO
“Atəşgah” Sığortadan şagirdlərə “Bilik Günü” dəstəyi
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq - SABAHIN HAVASI
Ramazan Erdağ: Orta Dəhlizin uğuru yalnız yük həcmi ilə deyil, yaratdığı iqtisadi dəyərlə ölçüləcək
Aİ-nin enerji xərcləri Hörmüz boğazındakı vəziyyətə görə 90 milyard avro artıb
Gürcüstan DTX-nin yeni rəhbəri vəzifəsinə təsdiqlənib
AİB-nin Direktorlar Şurasının üzvləri Azərbaycana səfəri çərçivəsində ADY-də olublar
Fərid Şəfiyev: Orta Dəhlizin məqsədi xüsusilə böhran dövrlərində mühüm boşluqları doldurmaqdır
Müdafiə naziri Katz: İsrail Qəzzada "işi bitirəcək"
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Etilen-Polietilen Zavodunda gələn il əsaslı təmir aparılacaq
İstanbulda Azərbaycan məktəbinin açılışı gələn ilə təxirə salınıb
Türkiyə türk dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirmək niyyətindədir
FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Konstantinovkanın nəzarətə götürüldüyünü Putinə məruzə edən generalın ölümü rəsmən təsdiqlənib - YENİLƏNİB
Türk dövlətləri arasında ortaq ödəniş sistemi yaradıla bilər
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb
Kürşad Zorlu Türk dünyası İnkişaf Bankı ilə bağlı detalları açıqlayıb
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
Zelenski: Xaricdə olan 9 milyon ukraynalı ilə seçkiləri necə keçirmək olar?
Yanvar-avqust aylarında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Qəbələdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Vens: ABŞ Yaxın Şərq siyasətini İsrailə tabe edə bilməz
Türk dövlətləri üçün ortaq inkişaf bankı yaradıla bilər
“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova hökm oxunub
2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib
AK Partiyanın sədr müavini: Türk dövlətləri arasında rəqəmsal iqtisadi platforma yaradılmalıdır
Kürşad Zorlu: Orta Dəhliz iqtisadi inkişaf zolağına çevrilə bilər
Rusiya ordusu Kiyev–Nikolayev sərnişin qatarını vurub
Rusiya Ukraynada avtobusa dron zərbəsi endirib, 5 nəfər ölüb - FOTO
Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
SEPAH ABŞ-a məxsus 52-ci MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Messi Argentina millisində vida oyunu keçirəcək
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Mbappe keçmiş klubu PSJ-yə 60 min avro təzminat ödəyəcək