2022-ci il ərzində “AzerGold” QSC-nin fəaliyyət sahələrində dayanıqlı təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə müvafiq tədbirlər fəaliyyət planına uyğun olaraq uğurla icra edilib.
“APA-Economics” xəbər verir ki, nəticədə 2022-ci ildə “AzerGold” QSC-də xəsarətsiz ötüşən iş saatlarının miqdarı 842 min 612 saata, ümumilikdə 2016-2022-ci illər ərzində isə 3 milyon 630 min 208 saata çatıb.