Bank Of Baku

“AzerGold” QSC və törəmə şirkətlərinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

“AzerGold” QSC və törəmə şirkətlərinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
# 12 dekabr 2023 17:48 (UTC +04:00)

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümündə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi Fəxri Xiyabanı ziyarət edib.

Ziyarət iştirakçıları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR