Azəri-Mərkəzi -Şərqi (ACE) layihəsinin ümumi dəyəri 5,9 milyard dollar təşkil edir.
Bunu "APA-Economics"in sualına cavab olaraq BP-nin xarici kommunikasiyalar üzrə rəhbəri, ACE layihəsinin baş meneceri Nill Filips deyib.
O bildirib ki, layihənin tikinti-quraşdırılma işləri üzrə xərcləri 3,2 milyard dollara bərabər olacaq.
Layihə həmçinin, mərkəzi Londanda yerləşən beynəlxalq sığorta şirkəti tərəfindən sığortalanıb.