“Azəriqaz”: Azad olunmuş ərazilərdə qaz təchizatının bərpası işləri aparılır

“Azəriqaz”: Azad olunmuş ərazilərdə qaz təchizatının bərpası işləri aparılır
# 08 dekabr 2023 11:31 (UTC +04:00)

Bu il üçün qazlaşma proqramında nəzərdə tutulan 150 kənd və yeni yaşayış massivinin əksəriyyətində işlərə başlanılıb, bəzilərində tamamlanma üzrədir.

"APA-Economics" xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində bildirib.

Onun sözlərinə görə, qazlaşma işləri çərçivəsində respublika ərazisində müvafiq infrastruktur yaradılır. Belə ki, bu ilin 11 ayında 350 kilometrə yaxın yeni müxtəlif diametrli qaz xətləri çəkilib ki, bunlarında bir qismi istismara təhvil verilib.

Şöbə müdiri onu da qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə qaz təchizatının bərpası istiqamətində işlər aparılır, yeni infrastruktur qurulur.

“Artıq Laçın şəhəri təbii qazla təmin olunur. Eyni zamanda, Laçın rayonunun əhali köçürülən Zabux kəndinə də qaz verilib. Məskunlaşma olan Füzuli şəhərində də artıq təbii qazdan istifadə edilir və davamlı sürətdə qeyd etdiyimiz işlər aparılacaq”, - Teymur Cəfərov qeyd edib.

Şöbə müdiri onu da əlavə edib ki, gələn il 170-ə yaxın kənd və yeni yaşayış massivlərinin qazlaşması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR