Bank Of Baku

“Azəriqaz” daha 5 rayonda “Açıq mikrofon” aksiyası keçirəcək

“Azəriqaz” daha 5 rayonda “Açıq mikrofon” aksiyası keçirəcək
# 17 iyun 2023 13:03 (UTC +04:00)

SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir.

APA-Economics” qurumun yaydığı məlumata istinadən xəbər verir ki, növbəti həftə (19-20.06.2023 və 22-24.06.2023 tarixləri) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

Aksiya həftənin 1-ci günü saat 10:00-dan 11:00-dək Gədəbəy rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 2-ci günü saat 15:00-dan 16:00-dək Şəmkir rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü saat 10:00-dan 11:00-dək Ağstafa rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 10:00-dan 11:00-dək Qazax rayonunda (Mərkəzi Xəstəxananın yanı), 6-ci günü saat 10:00-dan 11:00-dək Daşkəsən rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR