Bank Of Baku

“Azəriqaz”: Növbəti il üçün kapital qoyuluşu proqramı formalaşır

“Azəriqaz”: Növbəti il üçün kapital qoyuluşu proqramı formalaşır
# 06 oktyabr 2023 13:07 (UTC +04:00)

Bu il üçün nəzərdə tutulan qazlaşdırma işləri çərçivəsində 92 kənd və yeni yaşayış massivində daşıyıcı və paylayıcı küçə xətlərin çəkilməsi qismən başa çatıb.

"APA-Economics" xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində bildirib.

Onun sözlərinə görə, daha 50-ə yaxın kənd və yeni yaşayış massivində qazlaşdırma işlərinə start veriləcək.

Teymur Cəfərov onu da əlavə edib ki, hazırda respublika üzrə qazlaşdırma səviyyəsi 96,4% təşkil edir.

“Gələn ildə də ölkədə qazlaşma işlərinin davam etdirilməsi nəzərdə tutulub, hazırda növbəti il üçün kapital qoyuluşu proqramı formalaşır”, - şöbə müdiri əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR