“Azəriqaz”: Sabah qazın ödənişi ilə bağlı sistemdə müvəqqəti fasilə yaranacaq

“Azəriqaz”: Sabah qazın ödənişi ilə bağlı sistemdə müvəqqəti fasilə yaranacaq
# 06 aprel 2024 18:56 (UTC +04:00)

Aprelin 7-də saat 01:00-dan 12:00-dək qaz abonentləri üçün İTRON smart kart ödənişi istisna olmaqla ödəniş sistemi əlçatmaz olacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb "Azəriqaz"ın informasiya sisteminin proqram təminatında yenilənmə işlərinin keçirilməsi olacaq.

"Azəriqaz" İB bu müddət ərzində abonentlərdən ödəniş etməmələrini (Zenner smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR