Bank Of Baku

"Azəriqaz"ın “Açıq mikrofon” aksiyasında qazilər də iştirak edib

"Azəriqaz"ın “Açıq mikrofon” aksiyasında qazilər də iştirak edib
# 28 iyul 2022 18:29 (UTC +04:00)

Sakinlərin qazla bağlı şikayət və təkliflərinin yerində dinlənilməsi məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə respublikanın dağlıq rayonlarından olan Qubada qurulub.

"APA-Economics" xəbər verir ki, aksiyada sakinlər qazla bağlı müraciətlərini açıq ifadə ediblər. Əsasən yaşayış məntəqəsinin qazlaşması, yaranmış borcun araşdırılması, fərdi evlərə qaz xəttinin çəkilməsi və s. ilə bağlı vətəndaşların müraciətləri Birlik əməkdaşları tərəfindən həm dinlənilib, həm də rəhbərliyə çatdırılması üçün qeydiyyata alınıb. 44 günlük Vətən müharibəsində iştirak edib yaralanan qazilərimiz də tədbirdə iştirak edərək işlə təmin olunmalarına köməklik göstərilməsini istəyiblər.

Qeyd edək ki, “Açıq mikrofon” aksiyasında səsləndirilən və qeydiyyata alınan bütün müraciətlərin icrasına Birlik rəhbərliyi nəzarət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR