Bank Of Baku

"Azəriqaz"ın baş direktorunun müavini Ucarda vətəndaşlarla görüş keçirib

"Azəriqaz"ın baş direktorunun müavini Ucarda vətəndaşlarla görüş keçirib
# 16 may 2023 18:08 (UTC +04:00)

"SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Rəşad Cavadov "Açıq mikrofon" aksiyası çərçivəsində Ucar rayonunda vətəndaşlarla görüş keçirib.

Bu barədə “APA-Economics”ə qurumdan bildirilib.

Rəşad Cavadov bildirib ki, “SOCAR "Azəriqaz" İstehsalat Birliyi vətəndaşların qaz təchizatı ilə bağlı problemlərinin həlli istiqamətində bütün lazımi addımları atır. Bu gün də sizinlə görüşümüzün məqsədi budur. Sizdən xahiş edirik ki, üzləşdiyiniz çətinlikləri rahat şəkildə səsləndirəsiniz.”

Məlumatda deyilir ki, mikrofon önünə keçən sakinlər uçotu pozulmuş təbii qaz sərfiyyatının silinməsi, qaz sayğacının əvəzlənməsi, istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar. Səsləndirilən hər bir müraciət Birlik rəhbərliyi tərəfindən cavablandırılıb, araşdırılması üçün müvafiq tapşırıq verilib.

Qeyd edək ki, aksiyada Birliyin rəhbər şəxsləri ilə yanaşı, Ucar Rayon İcra Hakimiyyətinin məsul şəxsləri də iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR