SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində KOBİA nümayəndəsinin iştirakı ilə sahibkarlarla Ağsu rayonunda görüşü təşkil olunacaq.
"APA-Economics" xəbər verir ki, aksiya Ağsu şəhəri, Bayraq Meydanında baş tutacaq. “Səyyar qəbul otağı” aprel ayının 12-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.