Bank Of Baku

"Azəriqaz"ın şöbə rəisləri Naxçıvanda olublar

"Azəriqaz"ın şöbə rəisləri Naxçıvanda olublar
# 17 aprel 2023 12:08 (UTC +04:00)

"Azəriqaz" İstehsalat Birliyinin Texniki İstismar şöbəsinin rəisi Səməd Əliyev və İdarəetmə aparatının İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev Naxçıvan Muxtar Respublikasında olublar.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, səfərin məqsədi Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətində ilkin olaraq qaz təsərrüfatı haqqında məlumat toplamaqla bağlı olub.

Xidmətin Ümumi işlər və təsərrüfat şöbəsinin müdiri Hüseyn Əliyev APA-ya açıqlamasında bildirib ki, birliyinin əməkdaşlarının muxtar respublikaya ikinci dəfə də səfərləri olacaq. İlkin olaraq, xidmətdə qaz təsərrüfatı haqqında məlumat toplanılıb.

Qaz İstismar Xidmətinin Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin tabeliyinə verilməsi ilə bağlı məsələyə də münasibət bildirən Hüseyn Əliyev qeyd edib ki, hələ bu haqda heç bir məlumatları yoxdur. Birliyin əməkdaşlarının muxtar respublikaya növbəti səfərindən sonra buna aydınlıq gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR