"Azərişıq" şəbəkəsi istehlakçılarının sayı 3 milyona çatır

"Azərişıq" şəbəkəsi istehlakçılarının sayı 3 milyona çatır
# 05 mart 2024 16:27 (UTC +04:00)

Ötən il Azərbaycanda "Azərişıq” ASC tərəfindən ölkə üzrə 19 mlrd. kVt-saat elektrik enerjisi istehlaka verilib.

APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Məlumata əsasən, hesabat dövründə istehlaka verilmiş elektrik enerjisinə görə yığım səviyyəsi 97,4% təşkil edib.

Hesabata əsasən, ötən il "Azərişıq" üzrə elektrik enerjisinin itkiləri 8,6% həcmində olub.

Qeyd olunub ki, "Azərişıq" ASC tərəfindən 2023-cü ildə enerjisistemin paylayıcı şəbəkə təsərrüfatının inkişafı ilə bağlı müvafiq tədbirlər həyata keçirilib, ümumilikdə müxtəlif gərginlikli 3 478,2 km kabel və hava xətləri çəkilib.

Bildirilib ki, hesabat ilində də "Azərişıq" ASC üzrə istehlakçıların sayı artaraq 2 946,4 min təşkil edib, bunlardan 2 759,9 min əhali istehlakçılarının, 186,5 mini isə qeyri-əhali istehlakçılarının payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR