"Azərişıq" sədri Yevlaxda vətəndaşları qəbul edib

"Azərişıq" sədri Yevlaxda vətəndaşları qəbul edib
# 30 avqust 2023 16:53 (UTC +04:00)

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov avqustun 30-u saat 10:00-da Yevlaxda Yevlax və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.

APA-Economics” "Azərişıq"ın yaydığı məlumata istinadən xəbər verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR