Bank Of Baku

"Azərişıq" üzrə texniki itkilərin səviyyəsi 5,1%-ə endirilib

"Azərişıq" üzrə texniki itkilərin səviyyəsi 5,1%-ə endirilib
# 14 iyul 2021 11:11 (UTC +04:00)

2021-ci ildə “Azərişıq” ASC-nin texniki itkilər səviyyəsinin maksimum həddi 8,8% olacağı proqnozlaşdırılsa da, bu göstərici cari ilin ilk 6 ayının nəticələrinə görə 5,1%-ə endirilib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ildə müəssisə yaradılanda elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edirdi. 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə, 2019-cu ildə 9,7%-ə, 2020-ci ildə isə 8,9%-ə qədər endirilib.

Texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün işləri davam etdirir. Bunun üçün yenidənqurma işləri aparılır, istismar müddəti bitmiş ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, sayğaclar yenilənir.

2015-ci ildən bəri ümumilikdə 1,578 mln. yaxın abunəçi yeni sayğaclarla təchiz edilmişdir ki, bunun da 1,359 mln. əhali, 219 mini isə qeyri-əhali abonentlərinə aid uçot nöqtələri təşkil etmişdir. Bu ilin ilk 6 ayında isə ümumilikdə 90 928 abonent yeni sayğacla təchiz edilib və bunun da 77 255-i əhali, 13 673-i isə qeyri-əhali abonentlərinə aid uçot nöqtələrini təşkil edib.

“Azərişıq” tərəfindən ölkənin kənd və qəsəbələrində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir və bu işlərin məntiqi nəticəsidir ki, texniki itkilər hər ay azalır. İtkilərin azaldılmasına, həmçinin istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına hesablanmış yenidənqurma işləri davamlı olaraq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR