Bank Of Baku

“Azəristiliktəchizat” istehlakçıların inventarizasiyasını aparır

“Azəristiliktəchizat” istehlakçıların inventarizasiyasını aparır
# 14 aprel 2023 11:41 (UTC +04:00)

“Azəristiliktəchizat” ASC tərəfindən istiliklə təmin edilən əhali və qeyri-əhali istehlakçı qrupuna aid olan abonentlər barədə məlumatların, həmçinin isidilən sahə və həcmlərin dəqiqləşdirilməsi məqsədi ilə Şirkətin əməkdaşları tərəfindən istehlakçıların inventarizasiyası aparılır.

APA-Economics” xəbər verir ki, bu barədə istilik mövsümünün bitməsinə həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, inventarizasiyanın aparılması işlərinə Şirkətin peşəkar işçiləri cəlb edilmiş və müvafiq qaydada təlimatlandırılmış, Şirkətdə işləmələrini təsdiq edən vəsiqələrlə təmin ediliblər.

O əlavə edib ki, prosesə Bakı şəhərində 21 İstilik Sistemləri İstismar Sahəsi, digər şəhər və rayonlarda 46 İstilik Sistemləri İstismar Sahələrinin əməkdaşları cəlb olunub.

Qeyd edilib ki, 2022-ci ilin dekabr ayından start verilmişdir. Hazırda Bakı şəhəri üzrə abonentlərin uçotunun dəqiqləşdirilməsi 56,13%, regionlar üzrə isə 69,04%, respublika üzrə cəmi 57,46% yekunlaşmışdır. İEM üzrə yekunlaşma faiz dərəcəsi 48,20% təşkil edir.

Layihə “Azəristiliktəchizat” ASC-nin Bakı şəhəri və respublikanın regionlarında balansında olan 3872 yaşayış binasını əhatə edən 184,5 minə yaxın mənzil, 2851 büdcədən maliyyələşən və ya sosial və digər təyinatlı təsərrüfat obyektlərini əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR