Bank Of Baku

“Azəristiliktəchizat” Şuşada 7 qazanxana istismara verib

“Azəristiliktəchizat” Şuşada 7 qazanxana istismara verib
# 14 aprel 2023 12:46 (UTC +04:00)

“Azəristiliktəchizat” ASC Şuşa şəhərində 7 qazanxana tikib istismara verib.

APA-Economics” xəbər verir ki, bu barədə istilik mövsümünün bitməsinə həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunmiş digər ərazilərdə ASC-nin fəaliyyəti dövlət proqramı çərçivəsində müəyyənləşdirilir.

"Burada bizim vəzifəmiz işğaldan azad edilmiş ərazilərin optimal istilik və isti su təchizatı lahiyələri ilə bağlı təkliflərin verilməsidir. Yəni biz, baş planlar işlənərkən şəhərsalma komitəsi ilə birlikdə həmin ərazilərdə istilik təchizatı sistemlərinin qurulmasına dair öz təkliflərimizi veririk. Artıq Ağdam və Füzuli ilə bağlı təkliflərimizi vermişik. Tikinti quraşdırma işləri isə tender əsasında yerinə yetirilir”, - deyə İlham Mirzəliyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR