Bank Of Baku

“Azərkontrakt” ötən il 13 mlrd. kubmetrdən çox qaz satıb

“Azərkontrakt” ötən il 13 mlrd. kubmetrdən çox qaz satıb
# 17 mart 2023 11:16 (UTC +04:00)

Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC ötən il 15,6 mlrd. kubmetr təbii qazın alışını həyata keçirib.

APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Qeyd etmək lazımdır ki, “Azərkontrakt” Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınmasını, onun nəqlini, ölkədaxili paylayıcılara və istehlakçılara satışını həyata keçirir.

Məlumata görə, hesabat dövründə ASC 13,5 mlrd. kubmetr təbii qazın satışını reallaşdırıb, həmçinin 2 mlrd. kubmetr təbii qazın Yeraltı Qaz Anbarına (YQA) vurulmasını təmin edib.

Hesabata əsasən, payız-qış mövsümündə istehlakçıların fasiləsiz qaz təminatı məqsədilə ötən il yeraltı qaz anbarlarında 3,1 mlrd. kubmetrdən çox qaz ehtiyatı yaradılıb.

“Yeraltı qaz anbarlarının daha səmərəli istismarı və aktiv qaz həcmlərinin 3,5 mlrd. kubmetrə çatdırılması üçün yeni layihələr üzərində işlər davam etdirilib”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, Azərbaycanda iki yeraltı qaz anbarı var - Qaradağ və Qalmaz. Hər iki qaz anbarının tutumu 3,34 mlrd. kubmetr təşkil edir ki, bunun 1,89 mlrd. kubmetri Qaradağ, 1,45 mlrd. kubmetri isə Qalmaq YQA-nın payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR