Bank Of Baku

“Azpetrol” şirkəti “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” seçilib

“Azpetrol” şirkəti “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” seçilib
# 22 dekabr 2022 12:43 (UTC +04:00)

“Caspian Energy Club” 21 dekabr tarixində “Caspian Business Award 2022” – VII Beynəlxalq Mükafatının təqdimetmə mərasimini təşkil edib.

APA-Economics”in verdiyi məlumata görə, “Caspian Business Award 2022” – Beynəlxalq Mükafatının nominantları “Caspian Energy Club”-a daxil olan şirkətlərin rəhbərləri arasında keçirilən sorğu nəticəsində müəyyənləşdirilib. Sorğunun nəticələrinə görə, “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyasının qalibi - “Azpetrol” şirkəti seçilib.

Təqdimetmə mərasimində dövlət qurumlarının, “Caspian Energy Club”- a üzv şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR