Bank Of Baku

“Azpetrol”un yanacaqdoldurma məntəqələrinin sayı 98-ə çatıb - FOTO

“Azpetrol”un yanacaqdoldurma məntəqələrinin sayı 98-ə çatıb - FOTO
# 13 dekabr 2022 09:00 (UTC +04:00)

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, Strateji inkişaf planına uyğun olaraq, yanacaqdoldurma məntəqələrinin sayını artırmaqda davam edir.

“Azpetrol”dan “APA-Economics”ə verilən məlumata görə, bu gün “Azpetrol” şirkəti sayca 98-ci və növbəti modul tipli yanacaqdoldurma məntəqəsini "Xaliq Faiqoğlu" MMC-nin avtobus bazasının ərazisində istismara verib. Yeni “Yasamal Avtopark-2” yanacaqdoldurma məntəqəsinin avtopark ərazisində quraşdırılmasında məqsəd, paytaxtın sərnişindaşıma prosesində iştirak edən "Xaliq Faiqoğlu" MMC-ə məxsus avtobusların dizel yanacağına olan tələbatının ödənilməsindən ibarətdir. Yeni məntəqədə 2 yanacaq pompası quraşdırılıb və 6 yeni iş yerinin yaradılması təmin edilib.

“Azpetrol” şirkətinin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. “Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 98 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR