Qafqazın ən böyük elektrik stansiyası 2025-ci ilin birinci yarısında istifadəyə veriləcək.
"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin sədri Baba Rzayev deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə də bərpa olunan yaşıl eneji mənbələrinin işə salınması ardıcıl davam etdirilir: "Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının işə salınması üçün işlərə başlanacaq".