Bank Of Baku

Bakı Ali Neft Məktəbində bərpaolunan enerji layihələri ilə bağlı fakültə açıla bilər

Bakı Ali Neft Məktəbində bərpaolunan enerji layihələri ilə bağlı fakültə açıla bilər
# 06 iyun 2024 15:22 (UTC +04:00)

“Bakı Ali Neft Məktəbi SOCAR-ın nəzdində təsis olunub. Universitetin təhsil- tədris vəsaitlərinin sənayenin inkişafına uyğunlaşdırılması hədəf kimi götürülüb”.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı SOCAR-ın vitse-prezident Ziba Mustafayeva deyib.

O bildirib ki, Bakı Ali Neft Məktəbinin nəticələri ölkə daxilində deyil, eyni zamanda ölkə hüdudlarından kənarda da yüksəkdir.

"Biz hazırda bərpa olunan enerji layihəli ilə bağlı mühəndis fakültəsini açmaq istəyirik, " - deyə Ziba Mustafayeva qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR