Bank Of Baku

Bakı Amerika Mərkəzində jurnalistlər üçün "Yaşıl enerjiyə keçid" mövzusunda dəyirmi masa keçirilib

Bakı Amerika Mərkəzində jurnalistlər üçün "Yaşıl enerjiyə keçid" mövzusunda dəyirmi masa keçirilib
# 01 may 2023 20:32 (UTC +04:00)

Bu gün Bakı Amerika Mərkəzində jurnalistlər üçün "Yaşıl enerjiyə keçid" mövzusunda dəyirmi masa keçirilib.

"APA-Economics" xəbər verir ki, tədbir ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Görüşdə ABŞ-ın Milli Bərpa Olunan Enerji Laboratoriyasının (NREL) İcraçı Direktoru Duqlas Arent (Douglas J. Arent) geniş məruzə ilə çıxış edərək, dekarbonizasiya və sıfır tullantı hədəfinə keçidin vacibliyini qeyd edib.

Duqlas Arent 2050-ci il üçun qlobal enerji sektorunda xalis sıfır tullantılara çatmaq planları çərçivəsində qoyulan hədəflər barəsində bəhs edib.

Bundan başqa laboratoriyanın rəhbəri yaşıl enerjiyə keçid, alternativ və bərpa olunan enerji mənbələrinin və hidrogen texnologiyalarının inkişafının qlobal enerji sektorunun gələcəyi üçün mühüm rolundan danışıb.

Duqlas Arent vurğulayıb ki, son onilliklər ərzində qlobal enerji sektorunda bərpa olunan enerji mənbələrindən istifadənin artması hesabına elektrik enerjisi istehsalında müsbət tendensiya müşahidə olunub.

Dəyirmi masa zamanı yaşıl enerjidə hidrogenin rolu, nəqliyyat sektorunda hidrogendən istifadə, o cümlədən enerji bərabərliyi məsələləri, 2050-ci ilə qədər emissiyaların sıfır səviyyəsinə keçmə ssenarisi və digər mövzular ətrafında müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR