Bu gün Bakıda “Caspian Investment Week” çərçivəsində “Caspian Energy Club” və “Enermus” QSC-nin birgə təşkilatçılığı ilə 12-ci Beynəlxalq “Caspian Energy Forum”u işinə başlayıb.
"APA-Economics" xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili”, “Əsrin müqaviləsi”nin 30 illiyi və “Caspian Energy” brendinin 25-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində təşkil olunan 12-ci Beynəlxalq “Caspian Energy Forum”unun əsas mövzuları “Əsrin müqaviləsi”nin 30 illiyi – iki dövrün arasında dayanıqlı keçidin təmin olunması, Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin Avropaya dayanıqlı nəqli, Orta Dəhliz üzərində yerləşən ölkələrin “yaşıl iqtisadiyyat”a keçidi, “Yaşıl Qarabağ”a və enerji dayanıqlılığına həsr olunub.
Forumda Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri iştirak edirlər.