Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik nəqliyyat vasitəsindən 7 karton qutuda 2 adda ümumilikdə 576 ədəd pirotexniki vasitə aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.