Bank Of Baku

Bakıda sənaye istehsalı 19%-dən çox azalıb

Bakıda sənaye istehsalı 19%-dən çox azalıb
# 07 noyabr 2023 15:59 (UTC +04:00)

2023-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 45,2 mlrd. manat təşkil edib, bu da illik müqaisədə 19,4% azdır.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə sənaye məhsulunun 79,7%-i mədənçıxarma, 17,6%-i emal, 2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 87% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,9%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,1% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2023-cü il vəziyyətinə 418,1 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 48,4 mmln. manat məbləğində digər məhsullar da mövcud olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR