Bank Of Baku

Bakıda sənaye istehsalı azalıb

Bakıda sənaye istehsalı azalıb
# 25 sentyabr 2019 16:50 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3% azalaraq 26,4 mlrd. manat təşkil edib.

APA-Economics”in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 80,5%-i mədənçıxarma, 17,5%-i emal, 1,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata əsasən, sənayedə qeyri-dövlət sektorunun payı 83,6% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,1%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,9% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 sentyabr 2019-cu il vəziyyətinə 226,2 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 64,5 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR